×
A
A
A
Sazlamalar

Alimlər müxtəlif ölkələrdə ən populyar mobil proqram növlərini müəyyənləşdiriblər

Bakı, 6 sentyabr, AZƏRTAC

Alimlər müxtəlif ölkə vətəndaşları tərəfindən üstünlük verilən mobil proqram növlərini müəyyənləşdiriblər. Bu barədə İrlandiya, Finlandiya və Böyük Britaniya universitetlərinin birgə araşdırmasına istinadən “Phys.org” elmi-texniki xəbərlər portalında məlumat verilib.
AZƏRTAC “tass.ru” saytına istinadla xəbər verir ki, alimlər Avropa, Amerika, Asiya və Sakit Okean regionları üzrə 44 ölkədə işlədilən smartfonlarda 54,7 mindən çox proqram istifadə edən 25 mindən çox insanın coğrafi, mədəni və demoqrafik məlumatlarını, həmçinin bu ölkələrin vətəndaşları tərəfindən istifadə edilən mobil proqramları təhlil ediblər.
Məlumata əsasən, ABŞ-da əyləncə xarakterli, məhz səyahət, idman, musiqi dinləmək və sair kateqoriyalara aid olan proqramlara, Rusiyada isə təhsilyönümlü və valideynlərə kömək məqsədilə hazırlanan proqramlara üstünlük verilir. Böyük Britaniya, ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiya kimi ingilis dilində danışan ölkələrin vətəndaşları proqramlardan daha fəal istifadə edirlər. Argentina, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan və Hindistanda isə smartfonlar üçün az sayda proqramlardan istifadə olunur.

Texnologiya 2018-09-06 19:04:00