×
A
A
A
Sazlamalar

Noyabr-dekabr aylarında iki ölkədə “Azərbaycan Ticarət Evi” açılacaq

Bakı, 6 sentyabr, AZƏRTAC

Bu ilin noyabr-dekabr aylarında Polşanın paytaxtı Varşavada və Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
O qeyd edib ki, həmçinin ilin sonunda Monqolustan, Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Çin, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyaları həyata keçiriləcək.

Biznes 2018-09-06 12:07:00