×
A
A
A
Sazlamalar

Kanada tədqiqatçıları elastik planşet hazırlayıblar

Bakı, 4 sentyabr, AZƏRTAC

Kanadanın Kral Universitetinin tədqiqatçılar qrupu planşetə və smartfona bənzəməyən, lakin hər iki qadcetin funksiyaları ilə təchiz edilmiş “MagicScroll” adlı orijinal qurğu hazırlayıb.
İstehsalçıların sözlərinə görə, onları elastik sensor ekrana malik qadcetin yaradılmasına qədim Misir papirus bağlamaları (lülə halında bükülmüş kağızlar) ilhamlandırıb. 3D-çapın köməyi ilə hazırlanmış yeni qurğunun ekranında dəyişmələr qadcetin kənarlarında yerləşdirilmiş təkərləri döndərməklə həyata keçirilir.
Əlavə məlumat tələb olunduqda istifadəçi görünüş sahəsinin formatının genişlənməsi üçün ekranı korpusdan ayıra bilər. Elastik ekran 2K təsvir ölçüsünə malikdir.
AZƏRTAC techcult.ru saytına istinadən xəbər verir ki, qadcetin qeyri-adi silindrik forması artıq bir sıra üstünlüklərini göstərib. Məsələn, “MagicScroll” əldə və cibdə saxlamaq üçün “iPad”dan daha rahatdır. Qurğu onu jestlərin köməyi ilə idarə etməyə imkan verən kamera ilə təchiz olunub.

Texnologiya 2018-09-04 20:47:00