×
A
A
A
Sazlamalar

Bakının toxuculuq sənayesi 78,3 faiz artıb

Bakı, 31 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Bakının toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 65,4 milyon manat dəyərində məhsul istehsal edilib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 2 dəfə, toxuculuq sənayesində 78,3 faiz artım, geyim istehsalında isə 5,4 faiz azalma müşahidə olunub.

Sənaye 2018-08-31 04:24:00