×
A
A
A
Sazlamalar

Süni intellekt əsasında səsin tanınması sistemi istifadəyə veriləcək

Bakı, 21 avqust, AZƏRTAC

Çinin “Alibaba” internet şirkəti süni intellekt texnologiyalarına əsaslanan səsin tanınması sisteminin sınaqlarına başlayıb.
AZƏRTAC "Sinxua" agentliyinə istinadən xəbər verir ki, yeni xidmət qadağan edilmiş kontenti (həmçinin pornoqrafik xarakterli) izləmək və müəyyənləşdirmək qabiliyyətinə malikdir. Sistem səsli mesajı skriptə çevirir və sonuncu açar sözlərlə müqayisə olunur.
Tərtibatçının sözlərinə görə, sistem həm online, həm də offline rejimdə işləyir.
Yeni xidmətin sentyabrda istifadəyə verilməsi gözlənilir.

Texnologiya 2018-08-21 17:04:00