×
A
A
A
Sazlamalar

“GymBala” turnirində 2009-cu il təvəllüdlü balacaların yarışları başa çatıb

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də bədii gimnastika üzrə “GymBala” beynəlxalq turniri çərçivəsində 2009-cu il təvəllüdlü gimnastlar arasında yarışlar başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin fərdi hərəkətlər proqramında balalar kateqoriyasında çoxnövçülük üzrə alətsiz və top ilə hərəkətlər üzrə qaliblər məlum olub.
Balalar yaş kateqoriyasında 2009-cu il təvəllüdlü atletlər arasında birinci yerə Gövhər İbrahimova, ikinci yerə Məryəm Əliyeva (“Ocaq”), üçüncü yerə isə qazaxıstanlı Arzuhan Kassumova və Misirli Alia Ossama layiq görülüblər.

İdman 2018-08-18 19:50:00