×
A
A
A
Sazlamalar

Yanvar-iyul aylarında Gömrük Komitəsi tərəfindən 4 min 971 inzibati xəta faktı aşkarlanıb

Bakı, 18 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul ayında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 4 min 971 inzibati xəta faktı aşkarlanıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 143-ü gizli keçirmə, 262-si bəyan etməmə, 3 min 581-i malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması, digər inzibati xəta faktlardır.

Hadisə 2018-08-18 17:28:00