×
A
A
A
Sazlamalar

“Şerif” - “Qarabağ” oyununun hakimləri bəlli olub

Bakı, 18 avqust, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının play-off mərhələsində səfərdə Moldovanın “Şerif” komandası ilə avqustun 23-də keçirəcəyi ilk oyunun hakimləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, Tiraspolda baş tutacaq görüşü avstriyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər.
Oyunun hakim inspektoru funksiyasını ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaine olacaqlar.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İdman 2018-08-18 17:15:00