×
A
A
A
Sazlamalar

Misir neft-qaz kəşfiyyatına dair 3 yeni müqavilə imzalayıb

Bakı, 18 avqust, AZƏRTAC

Misir hökuməti 3 müxtəlif bölgədə neft və təbii qaz kəşfiyyatı üçün Avropa şirkətləri ilə yeni müqavilələr imzalayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Misirin neft və mineral ehtiyatlar naziri Tarek El-Molla deyib. O bildirib ki, ölkəsi Aralıq dənizi, Qərbi Saxara və Nil Deltasında neft-qaz kəşfiyyatına dair 3 müqavilə imzalayıb. Ümumilikdə 139,2 milyon dollar dəyəri olan müqavilələrin birincisi Misirin Aralıq dənizi sularında 2 yeni quyunun qazılması üçün ölkənin Təbii Qaz Şirkəti, Misirin “Tharwa Petroleum” şirkəti və İtaliyanın “Eni” neft-qaz şirkəti arasında imzalanıb.
İkinci müqavilə Qərbi Misir çölündəki Raas Qattara bölgəsində 9 quyunun qazılmasını əhatə edir və Misirin Neft İdarəsi, “Eni” və Xorvatiyanın “Ina” şirkəti tərəfindən imzalanıb. Nil Deltasında 4 quyunun qazılmasını nəzərdə tutan üçüncü müqaviləyə isə Misirin Neft İdarəsi, “Eni” və BP şirkətləri imza atıb.

Dünya 2018-08-18 16:35:00