×
A
A
A
Sazlamalar

Musiqi Mədəniyyəti Dövlət Muzeyi beynəlxalq konfransda təmsil olunub

Bakı, 18 avqust, AZƏRTAC

Latviyanın Riqa və Yurmala şəhərlərində Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsinin (ICLM) “Şəxsiyyət və zaman muzeyin ekspozisiyasında” mövzusunda konfrans keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfransda ölkəmizi Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova təmsil edib. Konfransda A.Bayramovanın “Muzey interpretasiyasının işığında şəxsiyyət: Üzeyir Hacıbəyli bəstəkar və yazıçı kimi” mövzusunda məruzəsi dinlənilib.
Tədbirə Latviya mütəxəssisləri ilə yanaşı, Danimarka, Rusiya, Yaponiya, Macarıstan, Polşa, Estoniya, Almaniya və başqa ölkələrdən muzey mütəxəssisləri və alimlər qatılıblar.
Konfrans çərçivəsində iştirakçı qonaqlar Latviyanın100 illiyinə, habelə yazıçı və bəstəkarın xatirə muzeylərinə və digər muzeylərə həsr edilmiş sərgi ilə tanış olublar.

Mədəniyyət 2018-08-18 14:19:00