×
A
A
A
Sazlamalar

Gömrük orqanına bəyan olunmayan külli miqdarda dərman aşkarlanıb VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

Gömrük orqanına bəyan olunmayan külli miqdarda dərman aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili “HCVG vizual - Smiths Detection” yoxlama-baxış sistemindən keçirilib. Baxış zamanı, monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Türkiyə vətəndaşının idarə etdiyi “Volvo” markalı həmin nəqliyyat vasitəsinə təkrar baxış nəticəsində isə gömrük orqanına bəyan olunmayan 104 adda 10 min 110 qutu dərman preparatı, gömrük orqanına düzgün bəyan olunmayan 3 min ədəd “Eren” markalı müayinə masa örtüyü, 700 ədəd “Beybi Care” markalı yataq qoruyucu örtüyü, 554 min 400 ədəd “TentyFlex” markalı cərrahi əlcəklər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2018-08-18 14:05:00

Video