×
A
A
A
Sazlamalar

Axtarışda olduğuna görə 36 nəfər saxlanılıb

Bakı, 18 avqust, AZƏRTAC

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 93 cinayət faktından 21-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli dörd fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Hadisə 2018-08-18 13:10:00