×
A
A
A
Sazlamalar

Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib

Bakı, 18 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə 5 milyard 489 milyon 727 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 2 milyard 650 milyon 325 min dollar çoxdur.
Hesabat dövründə Aİ ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 338 milyon 295 min dollardır.

İqtisadiyyat 2018-08-18 11:56:00