×
A
A
A
Sazlamalar

Milli Gimnastika Arenasında “GymBala” beynəlxalq turnirinə start verilib VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək yarışlarda fərdi və qrup hərəkətləri proqramlarında 2011-2013-cü, 2008-2010-cu, 2006-2007-ci, 2003-2005-ci il təvəllüdlü atletlər məharətlərini göstərəcəklər.
Turnirdə təcrübəli gimnastlarla yanaşı, daha aşağı yaşlı idmançılar da çıxış edəcəklər. İştirakçılar həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Yayın sonuncu gimnastika yarışında ümumilikdə 130-dan çox, o cümlədən Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” idman klublarının, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin, eləcə də Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstandan, Ukraynadan və Misirdən olan gimnastlar da iştirak edir.

İdman 2018-08-18 11:28:00

Video