×
A
A
A
Sazlamalar

İyulda nəqliyyat və yükdaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb

Bakı, 16 avqust, AZƏRTAC

İyul ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,3 faiz, yükdaşıma xidmətlərinin qiymətləri 1,6 faiz ucuzlaşıb. Sərnişindaşıma xidmətlərinin qiymətləri isə 1,2 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində rabitə, poçt və kuryer xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.

Nəqliyyat 2018-08-16 16:45:00