×
A
A
A
Sazlamalar

Bu il 134,9 milyon nəfər metrodan istifadə edib

Bakı, 16 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul ayında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 134,9 milyon nəfərə çatıb.

Nəqliyyat 2018-08-16 11:21:00