×
A
A
A
Sazlamalar

Dəmir yolunun Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Bakı, 14 avqust, AZƏRTAC

Dəmir yolunun Padar stansiyasında 14 ədəd yeni yoldəyişən quraşdırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
“2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günə kimi 186 yoldəyişən yenisi ilə əvəz olunub”, - deyə məlumatda bildirilir.

Nəqliyyat 2018-08-14 13:42:00