Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutunda seminar: “Bəhailiyin teoloji əsasları”

Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da Azərbaycan İlahiyyat İnstitutunda “Bəhailiyin teoloji əsasları” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ali məktəbin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ulu öndər Heydər Əliyevin din siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib. C.Məmmədov respublikamızda müxtəlif dini konfessiyaların öz ayinlərini sərbəst icra edə bilmələri üçün tam şərait yaradıldığını, bir çox müsəlman və qeyri-müsəlman dini icmalarının dövlət qeydiyyatına alındığını, Azərbaycanın müxtəlif dini təriqətlərin və cərəyanların yayıldığı tolerant bir ölkə olduğunu bildirib.
Rəhbərlik etdiyi ali məktəbdə təşkil olunan seminarların əhəmiyyətindən danışan rektor gələcəkdə bu cür tədbirlərin mütəmadi keçiriləcəyini deyib.
Sonra Bakı Dövlət Universitetinin dosenti Azər Cəfərov bəhailiyin tarixi haqqında ətraflı məlumat verib, bir sıra tədqiqatçıların bu etiqadla bağlı fikirlərini diqqətə çatdırıb. Qeyd edilib ki, artıq XIX əsrin 60-70-ci illərindən sonra Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Salyan, Bərdə, Şamaxı və digər yaşayış məntəqələrində bəhai icmaları fəaliyyət göstərməyə başlayıb. Lakin sovet dövründə bəhai icmalarına ciddi qadağalar tətbiq edilib. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun qəbulu bəhai icmalarına sərbəst fəaliyyət üçün şərait yaradıb.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Elm və təhsil 2018-08-10 18:09:00