Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əfqanıstanın təhlükəsizlik qüvvələri “Taliban”ın Qəzni şəhərinə hücumunu dəf edib

Bakı, 10 avqust, AZƏRTAC

Əfqanıstanın təhlükəsizlik qüvvələri “Taliban” hərəkatının Qəzni vilayətinin eyni adlı administrativ mərkəzinə hücumunu dəf edə biliblər. Toqquşmalar nəticəsində azı 16 nəfər həlak olub, 33 nəfər isə yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, həlak olanların 14-ü hərbçi, 2-si isə dinc sakindir. Agentliyin məlumatına əsasən, təhlükəsizlik qüvvələrinin əks-hücumu nəticəsində yaraqlılar geri çəkiliblər. Şəhərdə və onun ətrafında əməliyyatlar davam edir.
Xatırladaq ki, avqustun 10-da səhər saatlarında taliblər şəhərin müxtəlif rayonlarına, o cümlədən yerli polis şöbəsinə, milli təhlükəsizlik idarəsinə və qubernatorun işlər idarəsinə silsilə hücumlar təşkil etmişdilər. “Taliban” nümayəndələrinin sözlərinə görə, onlar Qəzni yaxınlığında bir neçə blokpostu ələ keçirməyə müvəffəq olublar.

Dünya 2018-08-10 18:07:00