Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Daliç Xorvatiya millisinin baş məşqçisi postunda işini davam etdirəcək

Bakı, 10 avqust, AZƏRTAC
Zlatko Daliç futbol üzrə Xorvatiya millisinin baş məşqçisi postunda işini davam etdirəcək.
AZƏRTAC Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, 51 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməklə bağlı qarşılıqlı razılıq əldə olunub. Baş məşqçi ilə gələn həftə İcraiyyə Komitəsinin iclasından sonra yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Z.Daliç 2017-ci ilin oktyabrından Xorvatiya millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv 2018-ci il Rusiyada keçirilən dünya çempionatının finalında Fransa yığmasına 2:4 hesabı ilə uduzub və gümüş medalçı olub.

İdman 2018-08-10 18:01:00