Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şiqeru İşiba LDP sədri vəzifəsi uğrunda seçkilərə qatılacağını rəsmi olaraq bəyan edib

Tokio, 10 avqust, AZƏRTAC

Yaponiya Liberal Demokratik Partiyasının (LDP) sabiq baş katibi Şiqeru İşiba rəsmi olaraq bəyan edib ki, sentyabrda keçiriləcək partiya sədri seçkilərinə qatılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ş.İşiba avqustun 10-da keçirilən mətbuat konfransında bəyan edib. Sabiq baş katib bildirib ki, o, tam məsuliyyəti ilə özünü seçkilərə həsr etmək niyyətindədir. Ş.İşiba deyib ki, o, ədalətli və vicdanlı siyasət yeridəcək.
Qeyd edək ki, Ş.İşibanın 61 yaşı var. O, əvvəllər müdafiə naziri, kənd təsərrüfatı naziri vəzifələrində çalışıb və eyni zamanda, LDP-də bir sıra mühüm vəzifələr tutub.
LDP-nin hazırkı sədri, Baş nazir Şinzo Abe hələlik rəsmi olaraq öz namizədliyini irəli sürməyib. Lakin üçüncü müddətə partiya sədri olmaq niyyəti barədə fikrini açıqlayıb.
Göründüyü kimi, Yaponiyanın hakim partiyasının sədri vəzifəsi uğrunda əsas mübarizə iki namizəd – Ş.Abe və Ş. İşiba arasında gedəcək.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-08-10 17:58:00