Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xalq artisti Teymur Göyçayev “Şöhrət” ordeni ilə təltif edilib

Bakı, 10 avqust, AZƏRTAC

Prezident İlham Əliyev avqustun 10-da Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, tanınmış dirijor, Xalq artisti Teymur Göyçayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən sənətkar bu yüksək dövlət mükafatına Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Mədəniyyət 2018-08-10 17:47:00