×
A
A
A
Sazlamalar

Pantomima Teatrı yeni mövsümü “İt gəzdirən xanım”la açacaq

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı 26-cı teatr mövsümünü sentyabrın 15-də “İt gəzdirən xanım” adlı səhnə əsəri ilə açıq elan edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, bundan başqa, sənət ocağında sentyabrın 16-da “Pantomima buketi”, sentyabrın 22-də “Vuvana” və 23-də isə “Dejevu” tamaşaları oynanılacaq.
Həmçinin sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan “Qoca və Mələk”, 30-da isə maarifləndirici tamaşa olan “Fəlakət və İnsan” tamaşaları izləniləcək.

 

Teatr və kino 2018-08-07 14:45:00