×
A
A
A
Sazlamalar

Bakıdakı Fransız İnstitutundan növbəti layihə - “Mənim fransız filmim”

Bakı, 30 iyul, AZƏRTAC

Avqustun 3-də Fransanın Azərbaycandakı səfirliyi, Bakıdakı Fransız İnstitutu və “Landmark Hotel Baku”nun birgə təşkilatçılığı ilə ölkənin tanınmış sənətkarlarının iştirakı ilə yeni layihəyə başlayır.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, “Mənim fransız filmim” layihə çərçivəsində ölkənin sevilən sənət adamları, “Landmark”ın səmaya açıq terrasında nümayiş ediləcək fransız filmləri haqqında təəssüratlarını bölüşəcəklər.
Layihənin ilk qonağı Əməkdar Artisti Firdovsi Atakişiyevdir. Qonaqlar əvvəlcə M. Xanekenin “Məhəbbət” (Qızıl palma budağı, 2012) filmini izləyə biləcək. Film ingilis altyazıları ilə nümayiş olunacaq.

Teatr və kino 2018-07-30 17:16:00