×
A
A
A
Sazlamalar

Kanada alimləri gözəgörünməz plaş ixtira ediblər

Bakı, 20 iyul, AZƏRTAC

Kanada alimləri insanı görünməz edən plaş ixtira ediblər.
AZƏRTAC science.gov.az saytına istinadla xəbər verir ki, Monreal Elmi Araşdırmalar Milli İnstitutunun ekspertləri gözəgörünməz plaşın sirrinin işıqla manipulyasiyalardan ibarət olduğunu aydınlaşdırıblar.
Plaş enerjinin xüsusi ötürülməsinin köməyi ilə gözdən şüa və predmetləri gizlədir. Bunun səbəbi odur ki, insanın gözləri elektromaqnit spektrinin bütün tezliklərini görə bilmir.

Texnologiya 2018-07-20 15:40:00