×
A
A
A
Sazlamalar

Yanvar-iyun aylarında toxuculuq sənayesi 64,1 faiz artıb

Bakı, 20 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 188 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə toxuculuq sənayesində 64,1 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 56,9 faiz, geyim istehsalında isə 10,3 faiz artım müşahidə olunub.

Sənaye 2018-07-20 01:33:00