×
A
A
A
Sazlamalar

Tiyeri Anri üç klubdan təklif alıb

Bakı, 17 iyul, AZƏRTAC

Fransa millisinin və “Arsenal” klubun əfsanəvi oyunçusu Tyerri Anri müstəqil şəkildə məşqçilik karyerasına başladığını elan edib.
AZƏRTAC “Sky Sports” saytına istinadla xəbər verir ki, Tyerri Anri üç klubdan təklif alıb. Bu klublar Fransa millisinin keçmiş futbolçusuna baş məşqçi postunu həvalə edə bilərlər. Təkliflərdən biri İngiltərə klubu “Lester Siti”dən gəlib. Digər klublar barədə məlumat verilmir.
Anrinin hansı kluba üstünlük verəcəyi də, hələlik məlum deyil. Tyerri Anri ekspert kimi çalışdığı “Sky Sports” telekanalından ayrılıb. Tərəflər arasında 2020–ci ilədək müqavilə bağlanmasına baxmayaraq, Anri müqaviləni birtərəfli qaydada pozmaq qərarına gəlib.
Razılaşmaya əsasən, keçmiş futbolçu qarşıdakı iki ildə 11 milyon avro qazana bilərdi. Rusiyanın ev sahibliyi etdiyi dünya çempionatında Anri Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisi idi.
Xatırladaq ki, Belçika millisi yarımfinal mərhələsində Fransa yığmasına məğlub olub (1:0). Mundialda üçüncü yer uğrunda mübarizəsində isə belçikalılar İngiltərə millisinin qapısına iki cavabsız top keçiriblər.

İdman 2018-07-17 17:44:00