Çinin “ShanDong Dongming” şirkəti ABŞ əvəzinə İrandan neft idxal edəcək
Bakı, 17 iyul, AZƏRTAC
Çinin “ShanDong Dongming” neft emalı şirkəti ABŞ-dan xam neft idxalını dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “ShanDong Dongming” ABŞ-dan neft idxalını dayandıraraq İrandan idxal etməyə başlayacaq.
İllik gəliri təxminən 4,5 milyard dollar olan şirkət ildə 15 milyon ton neft emalı tutumuna malikdir.
Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır