×
A
A
A
Sazlamalar

Məcburi köçkünlərlə növbəti görüş olub

Bakı, 17 iyul, AZƏRTAC 

İyulun 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Komitənin sədr müavinləri, şöbə və departament müdirləri iştirak ediblər.
Məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.
Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Cəmiyyət 2018-07-17 17:00:00