×
A
A
A
Sazlamalar

SOCAR-ın təlim mərkəzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşlarına təlimlər keçirilir

Bakı, 17 iyul, AZƏRTAC

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları üçün Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (“IMCA”) və SOCAR-ın “Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə vahid qaydalar”ın (Vahid Qaydalar) tələblərinə uyğun tədris olunan “III ixtisaslaşdırılmış iş qrupu üzrə 4-cü dərəcəli dalğıc” ixtisası üzrə yenidənhazırlanma kursunda aşağıdakı istiqamətlər üzrə nəzəri dərslər və praktiki təlimlər keçirilir.
AZƏRTAC TTSİ-yə istinadla xəbər verir ki, kurs dalğıc texnikası avadanlıqları və ləvazimatları; dalğıc texnikası avadanlıqları və ləvazimatları; dalğıc enmələrinin və işlərinin təhlükəsiz təşkili qaydaları; dalğıc fiziologiyası. Dalğıc enmələrinin tibbi təminatı; dalğıc barokamerası haqqında ümumi anlayış və dalğıc barokamerasında spesifik təlimlər; hovuzda təlim-məşq və ixtisas enmələri; açıq dənizdə təlim-məşq və ixtisas enmələri əhatə edir.
Dinləyicilər müvafiq kursda iştirak etməklə, IMCA-nın və Vahid Qaydaların tələblərini dərindən mənimsəyərək və biliklərini təkmilləşdirərək daha da peşəkarlaşırlar.

Cəmiyyət 2018-07-17 15:42:00