×
A
A
A
Sazlamalar

“Goldman Sachs”: “Brent”in qiyməti 70-80 dollar/barrel arasında dəyişəcək

Bakı, 17 iyul, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 70-80 dollar arasında dəyişəcək.
AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın son dövrdəki dəyişkən qiymətini təhlil edən ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” bu fikirdədir.
Bank qlobal ehtiyatların aşağı, neft tələbatının isə artmağa davam edəcəyi və nəticədə neft bazarında təklif boşluğunun yaranacağına dair proqnozunu dəyişmədiyini bildirib: “Səudiyyə Ərəbistanının neft istehsalındakı artımın bu ilin üçüncü rübündə bazarda təklif bolluğu yaratma riski yaradır. “Brent” neftinin bir barrelinin qiymətinin 70-80 dollar arasında dəyişəcəyi nəzərdə tutulur. ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi bazarda təklif kəsiri yarada bilər. “Brent”in qiymətinin yenidən 80 dollar/barrel səviyyəsinə çatacağını gözləyirik. Lakin ABŞ-ın neft siyasəti ilə əlaqədar olaraq bu proses əvvəllər nəzərdə tutulduğu kimi yayda yox, ilin son rübündə reallaşa bilər”.

Neft - qaz 2018-07-17 15:34:00