×
A
A
A
Sazlamalar

TPAO Türkiyənin Kırklareli vilayətində neft axtaracaq

Bakı, 17 iyul, AZƏRTAC

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Türkiyənin Kırklareli vilayətində neft axtaracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin “Resmi Gazete”də yer alan məlumatında deyilir. Bildirilir ki, TPAO-ya Kırklareli vilayətində ümumilikdə 38 min hektarı əhatə edən 2 ərazidə neft axtarışı üçün 5 il müddətinə lisenziya verilib. Şirkət 2017-ci il dekabrın 12-də qeyd edilən ərazidə neft axtarışına dair lisenziya almaq üçün müraciət edib.
Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

Dünya 2018-07-17 15:17:00