×
A
A
A
Sazlamalar

Ermənistan hərbi birləşmələri Ağdam rayonunun Çıraqlı kəndində mülki şəxsləri atəşə tutub

Ağdam, 17 iyul, AZƏRTAC

İyulun 17-də günorta saatlarında Ermənistan ordusunun hərbi birləşmələri Ağdam rayonunun Çıraqlı kəndində mülki şəxsləri atəşə tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Çıraqlı kəndində artezian quyusunda təmir işləri aparan Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Atəş açılması ilə əlaqədar işçilər dərhal ərazidən uzaqlaşa biliblər və iş məcburi olaraq dayandırılıb. Atəş nəticəsində subartezian qurğusuna və borulara ziyan dəyib.
Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, hadisə ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi dərhal məlumatlandırılıb. BQXK-nin müdaxiləsindən sonra atəş dayandırılıb. Yalnız bundan sonra BQXK-nin əməkdaşlarının da iştirakı ilə təmir işləri davam etdirilib. Hazırda artezian quyusunun fəaliyyəti bərpa olunub.

Regionlar 2018-07-17 14:59:00