×
A
A
A
Sazlamalar

Neft Fondu gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə indiyədək 207,4 milyon manat ayırıb

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il iyulun 1-dək “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 207,4 milyon manat yönəldib.
AZƏRTAC ARDNF-ə istinadla xəbər verir ki, təkcə cari ilin birinci yarısında Neft Fondu tərəfindən 2 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə ayrılıb.

Elm və təhsil 2018-07-17 14:32:00