“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq
Bakı, 17 iyul, AZƏRTAC
“Skype” videomessencerinin növbəti yenilənməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq. Bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, “Avaer”) istifadə etmək məcburiyyətində idilər.
AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən bildirir ki, həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları "bulud" saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan (“Windows”, “Mac”, “iOS”, “Android” və hətta “Linux”) dinləmək mümkün olacaq.
“Skype” proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.
Cari ilin yazında “Microsoft” korporasiyası “Android” mobil sistemi üçün “Skype” proqramının yüngül versiyasını təqdim edib. Proqram zəif qurğularda daha yaxşı işləyir, görüntü və səs daha yüksək keyfiyyətdə ötürülür.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır