×
A
A
A
Sazlamalar

Rusiyanın neft istehsalı azalıb, təbii qaz hasilatı isə artıb

Bakı, 17 iyul, AZƏRTAC

Bu ilin birinci yarısında Rusiyanın neft istehsalı keçən ilin eyni dövrünə görə 0,4 faiz azalaraq 271 milyon tona geriləyib.
AZƏRTAC “Rosstat”a istinadla xəbər verir ki, hesabat dövründə ölkənin təbii qaz hasilatı isə 7,2 faiz artaraq 323 milyard kubmetrə çatıb.
Yarım ildə Rusiyanın kömür istehsalı 2017-ci ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 214 milyon tona yüksəlib.
Qeyd edək ki, neft qiymətindəki ucuzlaşmaya baxmayaraq keçən il Rusiya gündəlik 10,98 milyon barrel neft istehsal edərək ölkə tarixinin ən yüksək səviyyəsinə çatmışdı.
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və kartelə daxil olmayan bəzi ölkələrin bu il iyunun 23-də Vyanada neft hasilatını gündəlik 1 milyon barrel artırılması barədə əldə etdiyi razılığa görə Rusiyanın istehsalını gündəlik 200 min barrel səviyyəsində çoxaltması gözlənilir.

Dünya 2018-07-17 14:02:00