Cənubi və Şimali Koreya hərbçiləri arasında telefon xətti bərpa olunub
Bakı, 17 iyul, AZƏRTAC
Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) hərbçiləri arasında qaynar telefon xəttinin fəaliyyəti bərpa olunub.
AZƏRTAC Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, qaynar xətt iki ölkənin müvafiq qurumları arasında telefon və faks əlaqəsini təmin edəcək.
Qeyd edək ki, qaynar telefon xəttinin fəaliyyəti 2011-ci ilin fevralında KXDR tərəfindən dayandırılmışdı. Buna Cənubi Koreya tərəfinin KXDR-in sərhəd ərazisində yerləşən “Kaesonq” sənaye parkının işini dayandırması səbəb olmuşdu. Sənaye parkında Cənubi Koreya şirkətlərinin fabrikləri fəaliyyət göstərirdi. Şimali Koreyanın 2016-cı ilin yanvarında baş tutan nüvə silahı sınağından sonra Cənubi Koreya tərəfi sənaye parkının fəaliyyətini dayandırmağı qərara almışdı.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır