×
A
A
A
Sazlamalar

Sabunçu-Zabrat yolunun bir hissəsinə dəmir məhəccər vurulub

Bakı, 17 iyul, Elvin Camalov, AZƏRTAC

Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə ərazidəki piyada keçidinin ətrafında səki boyunca dəmir məhəccər vurulub. Mövcud dayanacaq məntəqəsi köçürüldükdən sonra səkinin qalan hissəsi də məhəccərlənəcək. Analoji tədbir yolun qarşı tərəfində də aparılacaq.

Nəqliyyat 2018-07-17 13:32:00