×
A
A
A
Sazlamalar

Dövlət Neft Fondunun investisiya portfelinin 50,1 faizini dollar, 33,6 faizini isə avro təşkil edir

Bakı, 17 iyul, AZƏRTAC

Bu il iyunun 30-u tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində 18 milyard 926,2 milyon ABŞ dolları (50,1 faiz), 10 milyard 881,8 milyon avro (33,6 faiz), 1 milyard 394,7 milyon funt-sterlinq (4,8 faiz), 326,3 milyon Avstraliya dolları (0,6 faiz), 1 milyard 513,9 milyon Türkiyə lirəsi (0,9 faiz), 21 milyard 944,9 milyon Rusiya rublu (0,9 faiz), 499 milyard 350 milyon Koreya vonu (1,2 faiz), 3 milyard 304,6 milyon Çin yuanı (1,3 faiz), 64 milyard 893,2 milyon Yaponiya yeni (1,6 faiz), 548,6 milyon digər valyutalar (1,5 faiz), 1 milyard 326,5 milyon (3,5 faiz) isə qızıl (1 060 146 troy unsiyası - 32,97 ton) təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2018-ci ilin ikinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Neft - qaz 2018-07-17 11:58:00