×
A
A
A
Sazlamalar

Deyli Blind karyerasını yenidən “Ayaks”da davam etdirəcək

Bakı, 17 iyul, AZƏRTAC

“Mançester Yunayted” futbol klubunun müdafiəçisi Deyli Blind karyerasını “Ayaks”da davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın saytı məlumat yayıb.
İngiltərə mətbuat bu transfer üçün “Ayaks”ın 14 milyon avro təzminat ödəyəcəyini və futbolçu ilə 4 illik müqavilə imzalayacağını yazıb.
Qeyd edək ki, Blind 2014-cü ildə məhz “Ayaks”dan “Mançester Yunayted”ə transfer olunub.

İdman 2018-07-17 11:16:00