×
A
A
A
Sazlamalar

Ziya Bünyadov prospektində avtomobil tunelində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 17 iyul, AZƏRTAC

Ziya Bünyadov prospektində avtomobil tunelində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra ( “Baku Steel Company”nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.
Bu məqsədlə tunelin üzü “Koroğlu” metro stansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Nəqliyyat 2018-07-17 10:53:00