® "Kapital Bank" ənənəvi "Təhsil avtobusu" layihəsinin rəsmi tərəfdaşıdır
"Kapital Bank" "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu" adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. Layihə ilə bağlı keçirilən tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edib. Layihə 23 iyul 2018-ci il tarixinədək davam edəcək.
"Təhsil avtobusu" adlı Yay Məktəbi Quba, Masallı, Şəmkir, Şəki, Qəbələ və Bakı şəhərləri üzrə təhsil marafonuna çıxıb. Marafonda iştirak edən gənclər karyera və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.
Qeyd edək ki, "Azərbaycan üçün öyrət" təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb