×
A
A
A
Sazlamalar

Yayın əvvəlindən bəri günvurma ilə əlaqədar 93 nəfərə tibbi yardım göstərilib

Bakı, 17 iyul, AZƏRTAC

Yayın əvvəlindən bəri günvurma ilə əlaqədar Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında 93 nəfərə tibbi yardım göstərilib.
Stansiyadan AZƏRTAC-a verilən məlumata görə, günvurma diaqnozu ilə müraciət edənlərdən 59 nəfəri profilaktiki məqsədlərlə stasionar müalicəyə cəlb olunub, 34 nəfərə yerində yardım göstərilib.
Günəşin təsirinə məruz qalanlardan 57-si kişi, 7-si azyaşlı, 29-u qadındır və onların arasında həyati təhlükəsi olan yoxdur.

Səhiyyə 2018-07-17 10:21:00