×
A
A
A
Sazlamalar

Vaşinqtonda saxlanılan rusiyalı qadın casusluqda ittiham olunur

Bakı, 17 iyul, AZƏRTAC
Vaşinqtonda saxlanılan Rusiya vətəndaşı Mariya Butina casusluqda ittiham olunur. İddia edilir ki, M.Butina amerikalı siyasətçilərlə görüşüb və ABŞ-da qərarların qəbul edilməsinə təsir etmək üçün Moskvanın ondan istifadə etdiyi ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə RİA Novosti agentliyinin məlumatında deyilir.
Günahı sübuta yetirildiyi təqdirdə, Mariya Butina qeyd olunan ittiham üzrə 5 il həbs cəzasına məhkum edilə bilər.

Dünya 2018-07-17 06:08:00