×
A
A
A
Sazlamalar

Astarada “Gənc olimpiadaçılara çağırış” layihəsinin təqdimatı olub

Astara, 17 iyul, Bağır Əliyev, AZƏRTAC

Astarada “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nin qalibi olmuş Emil Axundovun “Gənc olimpiadaçılara çağırış” layihəsinin təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Astara və Lənkəran rayonlarının ümumtəhsil məktəblərinin müəllimləri, təhsil işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin metodkabinetin direktoru Emin Fətəliyev layihənin əhəmiyyətini yüksək dəyərləndirərək onun müəllifinə uğurlar arzulayıb.
Layihə üzrə ekspert Əlihəsən Baxşıyev Lənkəran-Astara bölgəsində layihənin icrası ilə bağlı görüləcək işlərdən danışıb.
“Gənc olimpiadaçılara çağırış” layihəsinin rəhbəri Emil Axundov layihənin elektron təqdimatını edib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Regionlar 2018-07-17 01:22:00