×
A
A
A
Sazlamalar

Finlandiya Prezidenti ABŞ həmkarı ilə Avropada təhlükəsizlik məsələsini müzakirə edib

Bakı, 16 iyul, AZƏRTAC
Finlandiya Prezidenti Sauli Niinistö ABŞ Prezidenti Donald Trampla Avropanın təhlükəsizliyi və Baltik dənizi regionunda təlim məsələlərini müzakirə edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Helsinkidə Rusiya-ABŞ sammitinin yekunlarına həsr edilən mətbuat konfransında məlumat verib.
Finlandiya və ABŞ prezidentlərinin görüşü Myantyuniyemi iqamətgahında baş tutub.

Dünya 2018-07-16 22:02:00