×
A
A
A
Sazlamalar

ABŞ Prezidenti rusiyalı həmkarına xokkeyçi Aleksandr Oveçkinin maykasını hədiyyə edib

Bakı, 16 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın “Washington Capitals” komandasında çıxış edən rusiyalı xokkeyçi Aleksandr Oveçkinin maykasını, habelə xokkey şaybası hədiyyə edib. Cari mövsümdə məhz bu klub Stenli kubokunu əldə edib.
Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov TASS informasiya agentliyinə məlumatında deyib: “Prezident Tramp Oveçkinin maykasını və şayba bağışlayıb”.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin danışıqlarına yekunlarına dair birgə mətbuat konfransında Donald Trampa “DÇ-2018”in rəsmi topunu bağışlayıb.

Dünya 2018-07-16 21:46:00