×
A
A
A
Sazlamalar

BMT Rusiya və ABŞ liderlərinin silhasızlaşdırılma ilə bağlı istənilən razılaşmasını alqışlayır

Bakı, 16 iyul, AZƏRTAC
BMT nüvə silahsızlşadırılması məqsədilə Rusiya və ABŞ liderləri arasında istənilən razılaşmanı alqışlayır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Xak jurnalistlərə məlumat verib. O bildirib ki, hazırda BMT katibliyi iki lider arasında razılaşmanı araşdırır. “Sözsüz ki, biz bütün ölkələrin silahsızlaşdırılması üzrə məqsədlərimizə gətirib çıxara bilən istənilən əməkdaşlığı alqışlayardıq”, - deyə F.Xak vurğulayıb.
Xatırladaq ki, iyulun 16-da Rusiya və ABŞ prezidentləri Helsinkidə sammit keçiriblər. Donald Trampla danışıqların yekununa dair birgə mətbuat konfransında Vladimir Putin bildirib ki, ölkələr “hərbi-siyasi və silahsızlaşdırılma dosyesinin” bütün kompleksi üzərində birgə işləməlidirlər.

Dünya 2018-07-16 21:20:00