Donald Tramp: Sammit ABŞ və Rusiya arasında münasibətləri kökündən dəyişdi
Bakı, 16 iyul, AZƏRTAC
Moskva və Vaşinqton arasında münasibətlər Helsinkidə keçirilmiş Rusiya-ABŞ sammitindən sonra kökündən dəyişdi.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunlarına həsr olunan birgə mətbuat konfransında məlumat verib. O, Rusiya və ABŞ arasında dialoqun dünyanın maraqlarına cavab verdiyini söyləyib. ABŞ Prezidenti rusiyalı həmkarı ilə dialoqunu “çox məhsuldar” adlandırıb. Onun sözlərinə görə, vaxtilə münasibətlərin pisləşməsində hər iki tərəf təqsirkar olub və səhvlərə yol verib. Bu cür dialoqa çoxdan başlamaq lazım idi.
Donald Tramp əlavə edib ki, Helsinki sammitini inkişaf etdirmək məqsədilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının və ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri tezliklə görüşəcəklər. Diskussiyaları davam etdirmək iki ölkənin marağındadır və görüşdə bu barədə razılıq əldə edilib. Gələcəkdə tez-tez görüşlər keçiriləcəyinə əminliyini bildirən ABŞ Prezidenti Helsinkidə müzakirə olunan problemlərin həll ediləcəyinə ümidvar olduğunu deyib.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır