Bakı Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin konfransı üçün ideal məkandır
Bakı, 16 iyul, AZƏRTAC
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education- ISME) konfransları iki ildən bir müxtəlif ölkələrdə keçirilir. Bu dəfə konfrans üçün məkan qardaş Azərbaycan seçilib. Mən dünyanın hər yerindən 500-dən çox musiqi mütəxəssisinin qatıldığı bu tədbirə böyük ümidlər bəsləyirəm və əminəm ki, konfransın işi səmərəli olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri ISME-nin 33-cü Dünya Konfransının sədri, Türkiyədəki Abant İzzet Baysal Universitetinin professoru Uğur Alpaqut jurnalistlərə müsahibəsində söyləyib.
O deyib: “Konfrans çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında ustad dərsləri, mühazirələr, təqdimatlar və görüşlər keçiriləcək. Müxtəlif ölkələrdən olan artistlərin iştirakı ilə konsertlər də planlaşdırılıb. Tədbirin bu dərəcədə yüksək səviyyədə təşkil edilməsinə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edirəm”.
O bildirib ki, ISME-nin növbəti konfransı 2020-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir